Dağ çaylarından sel keçəcək

Dağ çaylarından sel keçəcək

Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35 sm, Katexçayda 19 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 7 sm, Əsrikçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 9 sm, Tərtərçayda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 6 sm artım qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 26 sm artıb, su sərfi 763 m3/san olmaqla normanın 102%-ni, həmçinin Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 46 sm artaraq su sərfi 339 m3/san olmaqla normanın 167%-ni təşkil edir.

Yaxın günlərdə gözlənilən yağıntılar ilə əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

"Cebheinfo.az"