Qırğızıstan və Rusiya əməkdaşlıq məsələlərini müzakirə edib

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Qırğızıstan Prezidenti Sadır Japarov hazırkı beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və Moskva ilə Bişkek arasında əməkdaşlığı yüksək qiymətləndiriblər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi iyunun 29–30-da Lavrovun Qırğızıstana rəsmi səfəri ilə bağlı açıqlama yayıb.
Məlumatda, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla söhbət zamanı Rusiya-Qırğız münasibətlərinin, xüsusən də ən yüksək səviyyədə fəal və etibarlı əlaqələrinin xüsusi əhəmiyyəti vurğulanıb.
Eləcə də, transmilli dialoq çərçivəsində qarşıdakı tədbirlərə hazırlıq müzakirə olunub, ikitərəfli əsasda və birgə inteqrasiya birliklərində çoxtərəfli əməkdaşlığın dinamikası müsbət qiymətləndirilib. Tərəflər mövcud beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Lavrovun Qırğızıstanlı həmkarı Jeenbek Kulubayevlə də ətraflı danışıqları zamanı siyasi, ticarət-iqtisadi, mədəni-humanitar, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri geniş müzakirə edilib.
Bildirilib ki, danışıqlar Rusiya-Qırğız strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xas olan dostluq və qarşılıqlı anlayış şəraitində keçirilib.
Nigar Hacılı
"Cebheinfo.az"