“Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində təlimlər təşkil olunub
“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı.
Layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsidir. İyun-iyul aylarında layihəyə cəlb olunan uşaqlar üçüm təlimçi Həbibova Məryəm tərəfindən qrup şəklində təlimlər təşkil olunub.
Təlimlər “Peşələr”,”Nəqliyyat vasitələri”,”Dostluq”,”Təbiət”,”Mənim ailəm”,”Mənim yay tətilim”,”Nağıl terapiyası” kimi mövzuları əhatə edib. Əlilliyi olan uşaqlar üçün qrup şəklində təlimlər onların həm social bacarıqlarının inkişafı, həm də özünəinamlarının artması üçün çox vacibdir. Belə təlimlər zamanı əsas məqsəd uşaqların bir-biri ilə ünsiyyətini təşviq etmək,kollektivdə özünü rahat hiss etmələrinə təmin etmək və fərdi inkişaf hədəflərinə çatmaqdır.
Qrup şəklində təlimlər uşaqların gələcək həyatlarına müsbət təsir edərək onların cəmiyyətə sağlam inteqrasiyasına dəstək olacaqdır.
"Cebheinfo.az"

