Ərdoğan-Tramp görüşünün əsas mövzusu açıqlandı

Ərdoğan-Tramp görüşünün əsas mövzusu açıqlandı

Türkiyənin Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək təşəbbüsləri iyulun 7-də Ankarada Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında planlaşdırılan görüşün mövzuları arasında olacaq.

"Cebheinfo.az" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Türkiyə hökumətindəki mənbə bildirib.

Ərdoğan iyunun 29-da Rusiya ilə Ukrayna arasındakı münaqişənin dialoq yolu ilə həllində konkret nəticələrə mümkün qədər tez nail olmağın vacibliyini bildirib.

Rusiya və Ukrayna 2025-ci ildə İstanbulda 3 raund birbaşa danışıqlar keçiriblər. 

"Cebheinfo.az"