Gecə 3-də meyiti tapıldı
Bakıda 32 yaşlı kişi müəmmalı şəraitdə ölüb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə bu gün saat 03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.
1994-cü il təvəllüdlü R.Rzayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib.
Onun hansı səbəbdən vəfat etməsi rayon prokurorluğu tərəfindən araşdırılır.
"Cebheinfo.az"

