Nikah öncəsi tibbi müayinə necə olur?

Nikah öncəsi tibbi müayinə necə olur?

"Nikahdan əvvəl tibbi müayinə qanunvericiliyin tələbinə uyğun olaraq məcburi xarakter daşıyır və dövlət hesabına həyata keçirilir”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva deyib.

Hematoloqun sözlərinə görə, bu müayinələr insanların şəxsi həyatına müdaxilə etmək və ya onları təşvişə salmaq üçün deyil:

“Məqsəd irsi xəstəliklərin erkən aşkarlanması, gələcəkdə sağlam nəslin formalaşmasına dəstək verməkdir”.

O qeyd edib ki, bu çərçivədə talassemiya üzrə skrininq müayinələri dövlət tibb müəssisələrində aparılır:

"Analizlərin cavabları laboratoriyaların iş yükündən və müraciətlərin sayından asılı olaraq, əsasən 7–10 gün ərzində təqdim edilir. Bəzi hallarda nəticələr daha tez hazır olsa da, əlavə yoxlamalara ehtiyac yarandıqda proses uzana bilər.

İlkin analizlərdə dəqiq olmayan və ya şübhəli göstəricilər aşkar edilərsə, diaqnozun təsdiqlənməsi üçün genetik analizlər və digər laborator müayinələr aparılır".

Gülər
"Cebheinfo.az"