NATO sammiti gələn il Albaniyada keçiriləcək
NATO Dövlət və Hökumət Başçılarının Zirvəsi gələn il Albaniyada keçiriləcək.
"Report"un Türkiyə bürosunun xəbərinə görə, bu barədə NATO-nun Baş katibi Mark Rütte Ankarada keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə, bu qərar Haaqa sammitində qəbul edilib, amma tarix hələ ki dəqiqləşdirilməyib.
"Cebheinfo.az"

