İqtisadçı AQTA-nı ittiham etdi: "Qoyun-quzu "Limuzin"də daşınmalıdır?"

İqtisadçı AQTA-nı ittiham etdi: "Qoyun-quzu "Limuzin"də daşınmalıdır?"

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumatına görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin sərt tələblərinə cavab verməlidir.

"Cebheinfo.az" xəbər verir ki,  iqtisadçı Natiq Cəfərli məsələyə münasibət bildirib. O, bunu "yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə Avropa Birliyini iqtisadi "loser"ə çevirən səhvlərin təkraralanması" adlandırıb:

"Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər, bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı? Qoyun-quzunu "Limuzin"də daşımalıdırlar? Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?"

N. Cəfərli deyib ki, ölkədə onlarla məzmunsuz qurum var, əksəriyyəti ləğv edilməlidir:

“Kiçik və effektiv hökumət modelinə təcili keçməliyik, yoxsa iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq.

Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir, yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır". 

Xəzər 
"Cebheinfo.az"