"Sabah"ın Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

"Sabah"ın Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

"Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

"Cebheinfo.az" xəbər verir ki, bu, turnirin püşkatma mərasimindən sonra müəyyənləşib.

Azərbaycan çempionu A qrupunda Türkiyənin "Trabzonspor", Fransanın "Nanter 92", Litvanın "Ritas" klubları ilə üz-üzə gələcək.

Xatırladaq ki, əsas mərhələyə oktyabrın 6-da start veriləcək. Qrupun qalibi birbaşa ən güclü "16-lığ"a vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən "play-in" mərhələsində üz-üzə gələcəklər.

"Cebheinfo.az"