Liderlər dördtərəfli Zirvə görüşündən əvvəl bir arada - VİDEO

Liderlər dördtərəfli Zirvə görüşündən əvvəl bir arada - VİDEO

Ankarada keçirilən tarixi NATO Liderləri Zirvəsi ikinci günündə gərgin diplomatik fəaliyyət və liderlər arasında ikitərəfli təmaslarla davam edir.

Liderlər əsas salonda yerlərini alarkən, Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında qısa bir söhbət diqqəti cəlb edib.

“Cebheinfo.az” xəbər verir ki, “TRT Haber”-də canlı yayımlanan görüntülərə və yayım zamanı ekspert qiymətləndirmələrinə görə, zala daxil olduqdan sonra ABŞ Prezidenti Tramp digər liderləri salamlayıb, lakin birbaşa Prezident Ərdoğanın oturduğu əraziyə gedib.

Trampın oturmazdan əvvəl Ərdoğana yaxınlaşması ilə başlayan söhbətdə xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.

“TRT Haber” şərhçiləri Trampın dialoqu davam etdirmək üçün Ərdoğana dəfələrlə müraciət etdiyini vurğulayıblar.

Liderlərin bu qeyri-rəsmi görüşlərdə, eləcə də rəsmi iclaslarda həyati əhəmiyyətli qərarlar verə biləcəyini qeyd edən ekspertlər bildiriblər:

"Bu qeyri-rəsmi söhbətlər zirvə görüşləri qədər kritikdir. Burada vacib məsələlər qaldırılır. Bu, İran məsələsi, Ukrayna məsələsi ola bilər".

Gözləniləndən daha uzun sürən dördtərəfli sammitdə regional böhranların və davam edən müharibələrin müzakirə olunduğu bildirilir. Zirvə görüşündə, xüsusən də Ukrayna ilə bağlı konkret irəliləyişlərin gözlənildiyi vurğulanır.

“TRT Haber” şərhçiləri xarici işlər naziri Hakan Fidanın Rusiyaya son səfərinin bu mini-zirvə görüşünün ən vacib mövzularından biri olduğuna diqqət çəkərək, "Xarici işlər naziri Hakan Fidan Moskvada idi, Putinlə çox ciddi görüşlər keçirildi. Düşünürəm ki, oradan bir təklif paketilə qayıtdılar" deyiblər.

Ukrayna Prezidenti Volodimir Zelenskinin də NATO Zirvə görüşünə dəvət olunduğunu xatırladan ekspertlər əlavə ediblər: 

"Bu məsələ müəyyən bir şəkildə həll edilə bilər. Çünki İstanbul razılaşması var".

ABŞ Prezidenti Tramp, Prezident Ərdoğan, xarici işlər naziri Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Kalın arasında uzun söhbətdən sonra Prezident Tramp zirvə görüşündə NATO-nun Baş katibi Mark Rutte ilə birlikdə əyləşiblər.  Liderlər yerlərini tutduqdan sonra sammitin rəsmi iclasları başlayıb.

https://video.haber7.com/video-galeri/370051-zirve-oncesi-donald-trump-ile-ayakustu-4lu-mini-zirve

Nigar
“Cebheinfo.az”