Çay sahilində köməksiz qalan şəxs xilas edildi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib.
***
16.44
Zaqatala sakini Katex çayının kənarında sel basan ərazidə köməksiz qalıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, həmin şəxsin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşı Ramiz Asxabov olduğu bildirilib.
Katex çayının kənarında sel basan ərazidə köməksiz qalan şəxs FHN-nin əməkdaşları tərəfindən xilasd edilib.
"Cebheinfo.az"

