Matç öncəsi baş nazirlər arasında “söz atışması” - VİDEO

Matç öncəsi baş nazirlər arasında “söz atışması” - VİDEO

Ankarada keçirilən NATO sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edən Kir Starmer və Norveçin Baş naziri Yonas Qar Störenin görüşü zarafatyana dialoqla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, iki liderin görüşünün görüntülərini Störe “X” hesabında paylaşıb.

Belə ki, hökumət başçıları 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində baş tutacaq İngiltərə-Norveç matçı öncəsi milli komandalarının geyimlərində görüşərək səmimi söhbət ediblər.

“45 il əvvəl dünya çempionatının seçmə matçında Norveç İngiltərəni məğlub etmişdi. Həmin vaxt radio şərhçisi demişdi: “Marqaret Tetçer, məni eşidirsiniz? Uşaqlarınızı yaman döydülər”, - deyə iki ölkə arasında unudulmaz futbol rəqabətini xatırladan Störe bildirib.

Starmer bu eyhamı siyasi zarafatla cavablandırıb. O, İngiltərənin yeganə dünya kubokunu 1966-cı ildə, Leyboristlər Partiyasının hakimiyyətdə olduğu dövrdə qazandığını xatırladıb: “Amma qeyd etmədiyin bir məqam var: İngiltərə Dünya Kubokunu yalnız Leyboristlərin hökuməti dövründə qazanıb. Deməli, bu dəfə bizim növbəmizdir”.

Störenin “Görərik. Əla matç olacaq” cavabından sonra iki lider bir-birinə uğurlar arzulayıblar.

Xatırladaq ki, İngiltərə-Norveç matçı 12 iyul saat 01:00-da start götürəcək.

"Cebheinfo.az"