Siyasi tamaşa: Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Ermənistana təxminən 20 ton çəkiyə malik, məsafədən idarə olunan mina təmizləmə maşını hədiyyə edib.
Bu, respublika daxilində təhlükəli hesab edilən ərazilərdə humanitar mina təmizləmə işlərinə kömək edəcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
“İki məsafədən idarə olunan minatəmizləmə maşını ilə yanaşı, Ermənistan tezliklə lazımi avadanlıqlarla təchiz olunmuş iki təcili yardım maşını da alacaq. Bu nəqliyyat vasitələri həmçinin Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesində də istifadə olunacaq”,- deyə rəsmi açıqlamada bildirlir.
Avropa İttifaqı bu addımı ilə Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqeyini nümayiş etdirib. Rəsmi Brüsselin mövqeyi işğalçı Ermənistanı qurban qismində təqdim edən növbəti siyasi tamaşaya bənzəyir.
Əraziləri 30 il işğal altında qalan tərəf Azərbaycan olduğu halda Avropa İttifaqı mina təmizləyən texnikanı Ermənistana verir. Azərbaycan ərazilərinin işğaldan azad olunmasından 6 ilə yaxın vaxt ötsə də, hələ də minlərlə hektar torpaq sahələri minalarla və partlamamış sursatlarla çirklənmiş vəziyyətdədir. İndiyə qədər 427 nəfər minaya düşüb ki, onlardan 73-ü həlak olub, 354-ü isə xəsarət alıb.
Azərbaycan tərəfinin tələblərinə baxmayaraq, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini verməkdən hələ də yayınır. Ermənistan ərazisində isə nə müharibə gedib, nə işğal faktı qeydə alınıb. Buna baxmayaraq, Avropa İttifaqı minatəmizləyən maşını Azərbaycana deyil, Ermənistana verir.
Qəribədir, özü mina istehsal edən və bu partlayıcıları Azərbaycan ərazilərinə basdıran Ermənistan Avropanın hədiyyə etdiyi texnikanı hansı məqsədlə istifadə edəcək?
Avropa İttifaqı sərhədlərin delimitasiyası və demarkasiyası zamanı guya Ermənistanın mina təmizləyən qurğuya ehtiyacı olduğunu iddia edir.
Halbuki, Azərbaycan silahlı qüvvələri heç vaxt şərti sərhədi keçməyib və Ermənistan ərazisinə daxil olmayıb. Əksinə, Ermənistan ordusu Azərbaycan ərazilərinə daxil olaraq işğal etdikləri bütün torpaqları minalayıblar.
Azərbaycanın sərhədyanı ərazilərinin minalardan təmizlənməsinə ehtiyac var. Belə olan təqdirdə, şərti sərhədin Ermənistan tərəfdən olan hissəsinə minaların yerləşdirilməsini düşünmək absurddur.
Müşfiq Abdulla
“Cebheinfo.az”

