Talassemiya uşağınıza keçə bilərmi?
"Talassemiya irsi-genetik xəstəlikdir və valideynlərdən uşağa genlər vasitəsilə ötürülür.
Bu xəstəliyin yaranması üçün valideynlərdən ən azı biri talassemiya ilə əlaqəli qüsurlu geni daşımalıdır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva deyib.
Hematoloqun sözlərinə görə, əgər valideynlərdən biri sağlam, digəri isə talassemiya daşıyıcısıdırsa, hər hamiləlik zamanı uşağın 50 faiz ehtimalla tam sağlam, 50 faiz ehtimalla isə daşıyıcı olaraq dünyaya gəlməsi mümkündür:
“Hər iki valideyn talassemiya xəstəsi olduqda isə uşağın bu xəstəliklə doğulma ehtimalı 100 faizdir. Tlassemiyanın irsi xarakter daşıması nikahdan əvvəl tibbi-genetik müayinələrin əhəmiyyətini daha da artırır. Azərbaycanda tətbiq olunan nikahöncəsi skrininq proqramı talassemiya geninin daşıyıcılarını erkən mərhələdə müəyyən etməyə və gələcəkdə ağır formalı talassemiya ilə doğulan uşaqların sayını azaltmağa yönəlib.
Talassemiya geninin övlada ötürülmə riski valideynlərin genetik vəziyyətindən birbaşa asılıdır. Bu səbəbdən əhalinin maarifləndirilməsi, erkən diaqnostika və profilaktik tədbirlərin həyata keçirilməsi xəstəliyin qarşısının alınmasında və onunla mübarizədə mühüm rol oynayır".
Gülər
"Cebheinfo.az"

