Onlara diplomatik rütbələr verildi
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, aşağıdakı şəxslərə diplomatik rütbələr verilib:
fövqəladə və səlahiyyətli səfir
- Rəfiyev Yalçın İlqar oğlu;
- Şərifov Samir Ənvər oğlu.
birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
- Hacıyev Sultan Ağami oğlu;
- Nəsibov Ruslan Rafael oğlu.
ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
- Becanov Samir Arif oğlu;
- Nəcəfli Anar Cəfər oğlu.
"Cebheinfo.az"

