Kralın görüntüləri gündəm oldu
Böyük Britaniya kralı Çarlz ölkənin cənub-qərbində, Dorset bölgəsində yerləşən məşhur Bovinqton Tank Muzeyini ziyarət edib.
“Cebheinfo.az” xəbər verir ki, tanklara böyük maraq göstərən kral "Challenger 2" tipli əsas döyüş tankının komandir yerinə əyləşib.
Başına dəbilqə taxan Çarlz onu müşayiət edən hərbçi ilə birlikdə tankı idarə edib. Ağ köynək, qalstuk və gün eynəyi ilə diqqətçəkən görüntü sərgiləyən kral sınaq meydançasında tankla iki dövrə vurub.
Daha sonra Böyük Britaniya ordusunun yeni "Challenger 3" tankını da yaxından nəzərdən keçirən Kral Çarlzın həmin anları sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Əfsanə
“Cebheinfo.az”

