Bu ölkədə TRT kanalının yayımı dayandırıldı

Bu ölkədə TRT kanalının yayımı dayandırıldı

Hindistan hökuməti TRT-nin beynəlxalq xəbər platforması olan “TRT World”-ə məxsus “X” hesabına girişi bloklayıb.

"Cebheinfo.az" xəbər verir ki, Hindistanın “Şiv Sena” partiyasının lideri Murji Patel açıqlamasında “Heç bir türk şirkətinin iş görməsinə icazə verməyəcəyik” deyib.

Türkiyə Hindistan və Pakistan arasındakı münaqişədə tərəfləri təmkinli olmağa çağırsa da, Xarici İşlər Nazirliyi vasitəsilə Pakistana hərtərəfli dəstək verəcəyini açıqlamışdı.

Türkiyənin Pakistana dəstəyi Hindistanda böyük bir anti-Türkiyə hərəkatının yaranmasına səbəb olarkən, Hindistan hökuməti TRT-nin beynəlxalq yayım platforması olan “TRT Word”-ə girişi əngəlləmək qərarına gəlib. 

Hindistan məhkəmələrinin qərarı ilə “X” sosial media platforması “TRT Word” hesabına Hindistan sərhədlərindən giriş qadağan edilərkən, Hindistanın millətçi “Şiv Sena” partiyasının lideri Murji Pateldən qalmaqallı açıqlama verib.

Murji Patel bildirib ki, Türkiyə Hindistana hücum etmək üçün pilotsuz təyyarələr verməklə Pakistana kömək edib: 

“Biz heç bir türk şirkətinin Mumbayda iş aparmasına icazə verməyəcəyik. Mumbay Beynəlxalq Hava Limanının baş direktoruna türk şirkəti ilə müqaviləni ləğv etməli olduqlarını söylədik. Bizi əmin etdilər ki, 10 gün ərzində bunu edəcəklər".

Nigar Hacılı 
"Cebheinfo.az"