Azərbaycanın taekvondo hakimləri beynəlxalq yarışa təyinat alıblar

Azərbaycanın taekvondo hakimləri beynəlxalq yarışa təyinat alıblar

Azərbaycanın Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva və Elşad Məmmədov beynəlxalq yarışa təyinat alıblar.

"Cebheinfo.az" ATF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bolqarıstanın Sofiya şəhərində keçiriləcək "Prezident Kuboku" turnirində iş başında olacaqlar.

Qeyd edək ki, turnir mayın 17-nə qədər davam edəcək.

"Cebheinfo.az"