Erməni nazir Azərbaycana çağırış etdi

“Hazırkı geosiyasi gərginlik və qeyri-müəyyənlik şəraitində Ermənistan Cənubi Qafqazda davamlı sülhün və rifahın bərqərar olması ideyasına sadiq qalır.
Bildiyiniz kimi, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və tamamlandığını bəyan etdilər. Nazirlərin bugünkü qərarlarının müddəalarından biri bu mühüm mərhələni bir daha təsdiqləyir və sazişin mümkün qədər tez imzalanmasını, ratifikasiya olunmasını tələb edir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Avropa Şurası Nazirlər Komitəsinin 134-cü sessiyasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, “Mən Ermənistanın dərhal bu yolla getməyə hazır olduğunu bir daha təsdiq edirəm”,-deyə bildirib.
Xəzər
“Cebheinfo.az”