Daha bir deputat AK Partiyə getdi: Nişanını Ərdoğan şəxsən taxdı

Türkiyənin Gələcək Partiyasının deputatı Hasan Ekici partiya üzvlüyündən istefa verib.
“Cebheinfo.az” xəbər verir ki, millət vəkili hakim Ədalət və İnkişaf Partiyasına (AK Parti) qatılıb.
Hasan Ekici yeni partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) Qrup toplantısında təqdim olunub.
AK Partiya sədri və Prezident Rəcəb Tayyib Ərdoğan ona döş nişanını şəxsən özü taxıb.
Beləliklə, hakim partiyanın Konyadan olan deputatlarının sayı 11-ə yüksəlib.
Elmir Mustafa
“Cebheinfo.az”