Deputatlarımız QDİƏT PM-nin komitə iclasında iştirak ediblər - FOTOLAR

Deputatlarımız QDİƏT PM-nin komitə iclasında iştirak ediblər - FOTOLAR

Türkiyənin Sinop şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Sosial və humanitar siyasət komitəsinin iclası keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə quruma üzv ölkələrin nümayəndə heyətlərinin təmsilçiləri iştirak ediblər.

Azərbaycan parlamentini yığıncaqda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, habelə QDİƏT PM-in Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova təmsil ediblər.

Deputat Musa Quliyevin sədri olduğu qurumun Sosial və humanitar siyasət komitəsində “QDİƏT regionunda məhdud imkanlı şəxslərin təhsil və məşğulluq səviyyəsinin yüksəldilməsi üzrə mövcud təcrübə və strategiya” mövzusunda məruzə və tövsiyə layihələri müzakirə olunub.

"Cebheinfo.az"