AFFA "Turan Tovuz"un məşqçisini cəzalandırdı

AFFA İntizam Komitəsi "Turan Tovuz-2" komandasının baş məşqçisi Ruslan Məmmədov 5 oyunluq cəzalandırıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Mütəxəssis Əvəzedicilər liqasında "Neftçi-2" ilə oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün bu cəza ilə üzləşib.
Tovuz klubu isə 400 manat cərimələnib.
"Cebheinfo.az"