Peskov: "Avropada nüvə silahının yayılması ona təhlükəsizlik gətirməyəcək"

Peskov: "Avropada nüvə silahının yayılması ona təhlükəsizlik gətirməyəcək"

Avropada nüvə silahlarının yayılması ona təhlükəsizlik, uzaqgörənlik və sabitlik gətirməyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun Fransanın digər Avropa ölkələrində nüvə silahına malik təyyarələrinin yerləşdirilməsini müzakirə etməyə hazır olması barədə bəyanatı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

"Hazırda bütün strateji sabitlik və təhlükəsizlik sistemləri məlum səbəblərdən acınacaqlı vəziyyətdədir", - Peskov vurğulayıb.

Kremlin sözçüsü qeyd edib ki, Rusiya, ABŞ və nüvə silahına malik olan Avropa ölkələri strateji təhlükəsizliyin formalaşdırılması üçün daha ciddi səylər göstərməlidirlər: "Ümumiyyətlə, əlbəttə ki, Avropada strateji təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün ilk növbədə Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və nüvə silahına malik Avropa ölkələrini qarşıda daha mühüm səylər gözləyir".

"Cebheinfo.az"