Ən çox şikayət olunan sığorta şirkətləri- SİYAHI

Ən çox şikayət olunan sığorta şirkətləri- SİYAHI

Mərkəzi Bank sığorta şirkətlərinə dair açıqladığı son şikayət indeksini yayımlayıb.

Məlumata əsasən, ümumilikdə 7 sığorta şirkəti indeksə daxil edilib.

"Cebheinfo.az" Modern.az -a istinadən xəbər verir ki, 2 sığorta şirkəti yuxarı şikayət indeksində – yəni qırmızı zonada yer alıb. 

Əvəzində 5 sığorta şirkəti aşağı şikayət indeksində – yaşıl zonada qərarlaşıb. 

Diqqətçəkən məqamlardan biri isə orta şikayət indeksində – sarı zonada heç bir şirkətin yer almamasıdır.

Mərkəzi Bank bu indeksi sığorta sektorunda şəffaflığın artırılması və müştəri məmnunluğunun təhlili məqsədilə dövri olaraq açıqlayır.

"Cebheinfo.az"