İngiltərə Premyer Liqasına yüksələn komanda bəlli olacaq

İngiltərə Premyer Liqasına yüksələn komanda bəlli olacaq

Çempionşipdən İngiltərə Premyer Liqasına yüksəlmək uğrunda mübarizə davam edir.

"Cebheinfo.az" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Sanderlend" "Koventri Siti" ilə qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İki qarşılaşmanın nəticəsinə əsasən, rəqibini 3:1 hesabı ilə üstələyən "Sanderlend" pley-off mərhələsinin finalına vəsiqə qazanıb.

Premyer Liqaya yüskəlmək uğrunda həlledici görüş "Şeffild Yunayted" və "Sanderlend" komandaları arasında mayın 24-də Londonda baş tutacaq.

"Cebheinfo.az"