Zavod işçiləri tətilə başlayıblar

Almaniyanın Köln şəhərində 1930-cu ildən istehsala başlayan və 1 1500 nəfərin çalışdığı “Ford” zavodunun işçiləri tətilə başlayıblar.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin avtomobil istehsalçısı “Ford”un Avropadakı baş ofisi olan Köln fabrikinin işçiləri 2027-ci ilə qədər iş yerini 2 900 nəfər azaltmağı planlaşdıran zavod rəhbərliyinə qarşı tətilə çıxıblar.
Bildirilib ki, Almaniyanın “IG Metall” sənaye şirkəti həmkarlar ittifaqının çağırışı ilə saat 04:30-da erkən növbə ilə başlayan işçilərin tətili sabah səhər növbəsinə qədər davam edəcək.
Həmkarlar ittifaqının çağırışı ilə işçilərin əksəriyyətinin tətilə qoşulmasından sonra bu səhər “Ford”un Köln fabrikində istehsal xətləri dayanıb.
Aralarında çoxlu türklərin də olduğu işçilər, 2027-ci ilə qədər iş yerini 2 900 nəfər azaltmağı planlaşdıran “Ford” fabriki ilə danışıqlarda şirkətə təzyiqi artırmağa çalışırlar.
Nigar Hacılı
"Cebheinfo.az"