TƏBİB xəstəxanada baş verən ölümə aydınlıq gətirdi

Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, TƏBİB səbəbin patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirməyin mümkün olduğu bildirilib.
987-ci il təvəllüdlü qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona kəskin appendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub. Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb.
Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13-də saat 08:00 radələrində qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb.
Ölümün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür.
Xatırladaq ki, Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Abdullayevanın apendektomiya cərrahi əməliyyatından (kor bağırsağın çıxarılması) sonra halı pisləşib və ölüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.
"Cebheinfo.az"