Təlim təyyarəsi qəzaya uğradı

Yaponiyada hərbi təlim təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.
"Cebheinfo.az" xəbər verir ki, “The Japan Times”ın məlumatına görə, Nazirlər Kabinetinin Baş katibi Hayaşi Yoşimasa SDF-nin qəzaya uğrayan hərbi təlim təyyarəsi ilə bağlı açıqlama verib.
O bildirib ki, Aiçi əyalətində cənubundakı Komaki Hərbi Hava Bazasından havaya qalxan sözügedən təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Göyərtəsində iki nəfərin olduğu ehtimal edilən təyyarədə olanların vəziyyəti bəlli deyil, Müdafiə Nazirliyinin hadisə ilə bağlı araşdırma apardığı qeyd edilib.
Nigar Hacılı
"Cebheinfo.az"