Kürdəmirdə əməliyyat edilən qadın öldü - YENİLƏNİB

Mayın 12-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında “kəskin appendisit diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1987-ci il təvəllüdlü Pərvanə Abdullayevanın mayın 13-də vəfat etməsi faktı üzrə Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
***
14.41
Mayın 12-də saat 16:30 radələrində vəziyyətinin pisləşməsi səbəbilə 1987-ci il təvəllüdlü (qadın cinsli) şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, ona kəskin appendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub: “Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb. Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13-də saat 08:00 radələrində qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb. Ölümün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür”.
***
13.20
Kürdəmir rayonunda xəstə əməliyyatdan sonra ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Alı Abdullayeva xəstəxanada appendektomiya əməliyyatı olunub. Əməliyyatdan sonra P. Abdullayeva xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"