ABŞ: “Ermənistanla Azərbaycan “İbrahim sazişləri”nə qoşula bilər"

““İbrahim sazişləri” genişləndirilə bilər və gələcəkdə Ermənistanla Azərbaycanın ona qoşulması mümkündür”.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff “Breitbart News”-a müsahibəsində deyib:
"Mən təxmin edirəm ki, biz nisbətən tezliklə Livanda və hətta Suriyada vəziyyətin normallaşmasını görəcəyik. Onlardan güclü müsbət reaksiya gəlir. Bu, Liviya ilə də baş verə bilər. Mən “İbrahim sazişi”nə qoşulan ölkələr haqqında danışmaq istəyirəm, Azərbaycan və Ermənistan da buna qoşula bilər”.
ABŞ-nin xüsusi nümayəndəsinin sözlərinə görə, bu, ölkə Prezidenti Donald Tramp üçün çox mühüm təşəbbüsdür:
“O, buna inanır. Bu, bütövlükdə regionda sülh və sabitliyə töhfə verir. Mənim çox, çox yaxşı komandam var. Dövlət Departamenti ilə çox yaxşı tərəfdaşlığımız var. Mən həqiqətən əminəm ki, yaxın bir neçə ayda dörd və ya beş, bəlkə də altı ölkə Trampın xarici siyasətinə dair mühüm təşəbbüsləri imzalayacaq”.
“İbrahim sazişləri” 2020-2021-ci illərdə İsrail və bir sıra ərəb dövlətləri arasında ABŞ-nin vasitəçiliyi ilə imzalanıb. Müqavilənin adı yəhudilik, xristianlıq və islamda adı keçən İbrahim peyğəmbərdən götürülüb.
Xəzər
“Cebheinfo.az”