Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır

Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır

“Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva şəhərində 200 əsgər üçün hərbi baza tikməyi planlaşdırır”.

“Cebheinfo.az” xəbər verir ki, Estoniya Müdafiə İnvestisiyaları Mərkəzinin Layihə Portfeli Meneceri Ando Vuğma bu barədə ERR-ə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, planlaşdırılan əsas hərbi şəhərciyi bir mərhələdə tikəcək:

“İşlər ilin sonunda başlayacaq və 2028-ci ilin yayında başa çatacaq. Həmçinin Narvada konteynerlərdən istifadə edərək müvəqqəti hərbi şəhərcik tikəcəyik və tikinti işləri 2027-ci ilin əvvəlinə qədər başa çatacaq”.

Bildirilir ki, Narvada 1-ci Piyada Briqadasının bölməsinin yerləşdirilməsi planlaşdırılır.
Hərbi şəhərcik 1000 şəxsi heyətin yerləşdirilməsi üçün nəzərdə tutulub, lakin orada təxminən 200 əsgər daimi olaraq xidmət edəcək.

Aişə Abdulova
“Cebheinfo.az”