Bakı-Sumqayıt yolunda maşın avtobusa çırpıldı
Xırdalan şəhərində baş verən qəzanın təfərrüatı məlum olub.
"Cebheinfo.az" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
"Hadisə bu gün səhər saat 11 radələrində, Bakı - Sumqayıt şosesinin köməkçi yol istiqamətində baş verib. KIA markalı, 77-DJ-131 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Kənan İsmayılzadə idarəetməni itirərək əvvəlcə Bəhmən Allahverdiyevin idarə etdiyi 77-VB-339 dövlət nömrə nişanlı, "Mercedes-Sprinter" markalı avtomobilə, daha sonra isə 10-TG-404 dövlət nömrə nişanlı 517 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində KIA markalı avtomobilin sürücüsü və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır".
12:34
Abşeron rayonu Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, KIA markalı minik maşını 517 nömrəli marşrut xətti üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sərnişini xəsarət alıb.
Hadisə ilə bağlı aidiyyəti quruma müvafiq sorğu verilib.
"Cebheinfo.az"

