Fatimənin əmisi oğlu Batumidə tutuldu

Fatimənin əmisi oğlu Batumidə tutuldu

Gürcüstanda əmisi qızı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı Emin Əliyev  Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, Əliyevin saxlanılması Türkiyə və Azərbaycan polisi ilə koordinasiya, həmçinin Gürcüstan DİN-in Türkiyədəki ataşesinin cəlb edilməsi ilə həyata keçirilib.

"Cebheinfo.az"