İynəsiz insulin gəlir: Gel kimi tətbiq edilir
Alimlər insulinin iynədən istifadə edilmədən dəri vasitəsilə orqanizmə çatdırılmasını mümkün edən yeni texnologiya hazırlayıblar.
"Cebheinfo.az" xəbər verir ki, heyvanlar üzərində aparılan sınaqlarda bu üsul qan şəkərini 1-2 saat ərzində normaya salıb.
Əldə olunan təsirin isə təxminən 12 saat davam etdiyi bildirilib.Tədqiqat çərçivəsində insulinin dərinin qoruyucu baryerini keçməsini təmin edən xüsusi polimer hazırlanıb.
Bu polimer dərinin təbii “pH” fərqindən istifadə edərək daha dərin qatlarda quruluşunu dəyişir və insulini qan dövranına çatdırır.
Bunun sayəsində gələcəkdə insulinin gel və ya dəri bandı formasında, iynəsiz tətbiqi mümkün ola bilər.
Araşdırma diabetli siçanlar və miniatür donuzlar üzərində aparılıb.
Mütəxəssislər nəticələrin ümidverici olduğunu bildirsələr də, texnologiyanın hələ ilkin mərhələdə olduğunu vurğulayırlar.
Onun insanlar üçün təhlükəsiz və effektiv olub-olmadığını müəyyən etmək üçün klinik sınaqların tamamlanması tələb olunur.
Gülər
"Cebheinfo.az"

