Özgür Özeldən mesaj: "Səbrimizin bitdiyi yerdə..."
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel qatıldığı bir "YouTube" proqramında cari məsələlərlə bağlı maraqlı açıqlamalar verib.
"Cebheinfo.az" xəbər verir ki, yeni bir partiyanın qurulması prosesində gecikmələri ilə bağlı tənqidlərə birbaşa cavab verən Özel, prosesi yaxından izləyən seçicilərə və tərəfdarlarına mesaj verib:
"Bizə etibar etməlidirlər".
Yeni formalaşma iddiaları və zamanla bağlı tənqidləri qiymətləndirən Özgür Özel, küçədəki gözləntilərin fərqində olduqlarını bildirib:
"Heç kim gecikdiyimiz illüziyasında olmamalıdır. Ya göstərdiyimiz səbr nəticəsində partiyaya qayıdacağıq, ya da səbrimizin bitdiyi yerdə yeni bir partiya quracağıq və yenidən birinci partiya olacağıq. O nöqtədə bizə etibar etməlidirlər".
CHP daxilində apardıqları hüquqi və siyasi mübarizənin hüdudlarına toxunan Özel, partiyada qalmaq Türkiyəyə və ümid bəsləyənlərə itkilər gətirəcək həddə çatarsa, yolların ayrılmasının qaçılmaz olduğunu söyləyib.
"Biz yenilyi axtarış müddətindəyik" deyən Özel, mümkün növbədənkənar seçkilər ərəfəsində mövcud partiyanı dəyişdirmək də daxil olmaqla, artıq pərdəarxası hazırlıqlara başladıqlarını əlavə edib.
Nigar
"Cebheinfo.az"

