Hörmüzdə neft tankeri vuruldu
Qətər Hörmüz boğazı yaxınlığında “Ər-Rukeyyat” adlı neft tankerinin vurulduğunu açıqlayıb.
"Cebheinfo.az" xarici KİV-ə istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bunu beynəlxalq dəniz naviqasiyasına və qlobal enerji təhlükəsizliyinə qarşı qəbuledilməz hücum adlandırıb.
Məlumata görə, o, hücuma görə İranı məsuliyyət daşımaqda ittiham edərək, Tehrandan bölgənin təhlükəsizliyini təhdid edən addımları dayandırmağı tələb edib.
İran televiziyası isə İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına əməl etmədiyinə görə Qətərə məxsus neft tankerini vurduğunu açıqlayıb.
İran tərəfinin iddiasına görə, tanker ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Oman marşrutu ilə hərəkət etməyə çalışırdı.
"Cebheinfo.az"

