Eldəniz Məmmədov etiraf etdi: “Biznesim batdı”

Eldəniz Məmmədov etiraf etdi: “Biznesim batdı”

Eldəniz Məmmədov vaxtilə restoran biznesinə investisiya qoyduğunu, lakin bu sahədə uğur qazana bilmədiyini deyib.

"Cebheinfo.az" xəbər verir ki, müğənni bu barədə "Bir gün" verilişində danışıb.

O, restoran şəbəkəsi yaratmağa cəhd etsə də, biznes gözlədiyi nəticəni verməyib: 

"Restoran şəbəkəsinə girişdim. Bir müddət işlədim, amma ziyan etdim. Bizim işimiz oxumaqdır. Biznesi də bacarmaq lazımdır. Bacarıram, amma bir az təkan lazımdır".

"Cebheinfo.az"