Tsarukyan iki ay müddətinə həbs edildi
Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan iki ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə “Armenia Today” məlumat yayıb.
Bildirilib ki, Tsarukyan dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamı ilə həbs edilib.
Qeyd edək ki, bir müddət əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları Qaqik Tsarukyanın evində axtarış aparmışdı.
"Cebheinfo.az"

