Cevdet Yılmaz: "Türkiyə Avropada bütün müdafiə və təhlükəsizlik..."

Cevdet Yılmaz: "Türkiyə Avropada bütün müdafiə və təhlükəsizlik..."

Türkiyə Avropada bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak etməlidir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada NATO dövlət və hökumət başçılarının zirvə toplantısında çərçivəsində keçirilən müdafiə sənayesi forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə dünyada müdafiə sənayesi məhsulları ixrac edən ölkələr arasında 11-ci yerdə qərarlaşıb:

"Biz yaxın gələcəkdə ilk onluğa daxil olmağı hədəfləyirik. Türkiyənin müdafiə və aerokosmik məhsulları ixracı son bir ildə 11 milyard dolları keçib. İxracımızın yarıdan çoxu da NATO-dakı müttəfiqlərimizə və Avropa İttifaqı ölkələrinə olub".

C.Yılmaz bildirib ki, NATO-nun Avropa sütununa əhəmiyyətli töhfə verən Türkiyə xüsusilə Avropa İttifaqı ilə birlikdə Avropada bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak etməlidir:

"Müttəfiq ölkələr arasında müdafiə sektorunda ticarət məhdudiyyətlərini və sanksiyaları aradan qaldırmalıyıq, mənasız sanksiyaları və məhdudiyyətləri masadan çıxarmalıyıq".

"Cebheinfo.az"