Azərbaycan “Metrik Konvensiya”ya qoşuldu

Azərbaycan “Metrik Konvensiya”ya qoşuldu

Azərbaycan "Metrik Konvensiya"sına qoşulub.

"Cebheinfo.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Metrik Konvensiya"ya qoşulmaq haqqında qanunu imzalayıb.

Metrik Konvensiya (Metr Konvensiyası) - ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, qlobal standartlaşdırmanın əsasını qoyan tarixi beynəlxalq müqavilədir və 1875-ci il mayın 20-də Parisdə 17 ölkə tərəfindən imzalanıb. 

"Cebheinfo.az"