Portuqaliya ilə matç İspaniya qapıçısına dünya rekordu qazandırdı
İspaniya yığmasının qapıçısı Unai Simon DÇ-2026-nın 1/8 finalında Portuqaliyaya qarşı keçirilən matçda (1:0) qapısını toxunulmaz saxlayıb.
Oxu.Az xəbər verir ki, bu uğurlu nəticə sayəsində təcrübəli qolkiper futbol üzrə dünya çempionatları tarixinə yeni rekordla adını yazdırıb.
Belə ki, Simon dünya çempionatları tarixində ardıcıl altı görüşdə qapısından top buraxmayan yeganə qapıçı kimi tarixə düşüb. Xatırladaq ki, bundan əvvəlki rekord göstərici 1990-cı ildə təşkil edilən nüfuzlu beynəlxalq turnirdə ardıcıl beş matçda qapısını toxunulmaz saxlayan İtaliya millisinin qolkiperi Valter Zenqaya aid idi.
Qeyd edək ki, Simon indiyədək İspaniya yığmasının heyətində ümumilikdə 63 qarşılaşmada meydana çıxıb. Qapıçı bu müddət ərzində 48 dəfə məyus edilsə də, 29 görüşdə çərçivənin toxunulmazlığını təmin edə bilib.
"Cebheinfo.az"

