Başçının müavini idi: I müavin oldu
Şəki Şəhər İcra Hakimiyyəti başçısına I müavin təyin olunub.
"Cebheinfo.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Usubov sərəncam imzalayıb.
Sənədlə I müavini vəzifəsinə Elman İmamverdiyev təyin edilib.
Qeyd edək ki, E.İmamverdiyev 1984-cü ildə Şəkidə anadan olub. O bu təyinatadək başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.
"Cebheinfo.az"

