Azərbaycan əsas tədarük bazarından quzu ətinin alışını kəskin artırıb

Azərbaycan əsas tədarük bazarından quzu ətinin alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 233,3 min ABŞ dolları dəyərində 58,03 ton quzu əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 3,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Monqolustandan 232 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,7 dəfə çox) 58 ton (+5,7 dəfə) və Avstraliyadan 1,3 min ABŞ dolları dəyərində 0,03 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 325 ton quzu ətinin 99,94 %-i Monqolustanın payına düşüb.

"Cebheinfo.az"