Tramp ilk dəfə Qətərin hədiyyə etdiyi təyyarədə uçdu

Tramp ilk dəfə Qətərin hədiyyə etdiyi təyyarədə uçdu

Tramp Türkiyəyə Qətərin ABŞ-yə hədiyyə etdiyi 500 milyon dollarlıq təyyarə ilə gəlib.

“Cebheinfo.az” haber7.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından əvvəl ABŞ Prezidenti Donald Trampı Ankara Hava Limanında qarşılayıb.

Qeyd olunur ki, hava limanında iki lider əvvəlcə salamlaşıblar, sonra da bir müddət söhbət ediblər.

Söhbət əsnasında Trampın "Bu, təyyarənin ilk beynəlxalq uçuşudur. Bu, tamamilə yeni bir təyyarədir" dediyi eşidilib. 

Təxminən 500 milyon dollar dəyərində olan və Qətər tərəfindən ABŞ-yə hədiyyə edilən “Boeing 747-8” təyyarəsi ABŞ Hərbi Hava Qüvvələri tərəfindən "Uçan Ağ Evə" çevrildi.

Qeyd edək ki, Trampın Türkiyəyə səfəri təyyarənin ilk beynəlxalq missiyalarından biri idi.

Aişə Abdulova
“Cebheinfo.az”