İtaliyada Rusiyanın xeyrinə casusluqda ittiham olunan iki nəfər saxlanılıb

İtaliyada Rusiyanın xeyrinə casusluqda ittiham olunan iki nəfər saxlanılıb

İtaliyada Rusiyanın xeyrinə casusluq fəaliyyətində ittiham olunan iki nəfər həbs edilib.

Bu barədə AFP agentliyi məlumat yayıb.

Polisin məlumatına görə, saxlanılan şəxslər fəaliyyətdə olan hərbçilərdən əldə edilən məlumatlar da daxil olmaqla, məxfi informasiyanı Rusiya kəşfiyyatının əməkdaşına ötürüblər.

Saxlanılanlardan biri 59 yaşlı İtaliya vətəndaşıdır. O, İtaliyada diplomatik toxunulmazlıqdan istifadə edən və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olduğu ehtimal edilən şəxslə əlaqə saxlayıb.

İkinci saxlanılan şəxsin kimliyi barədə isə hələlik əlavə məlumat açıqlanmayıb.

"Cebheinfo.az"