İran “bazar günü” açıqlamasını təkzib etdi

İran “bazar günü” açıqlamasını təkzib etdi

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranla mümkün müqavilənin bazar günü imzalanacağı barədə açıqlamasını təkzib edib və onun bu tarixlə bağlı “qeyri-adi israrını” tənqid edib.

"Cebheinfo.az"ın məlumatına görə, SEPAH-ın bəyanatında bildirib ki, İranın bazar günü ABŞ ilə hər hansı saziş imzalayacağı iddiası doğru deyil və danışıqlar prosesi hələ yekun mərhələyə çatmayıb.

Qeyd olunub ki, Trampın bəyanatı İranın danışıqlar heyətinin memorandumun hələ razılaşdırılmadığını və bazar günü imzanın mümkün olmadığını bildirməsinə baxmayaraq verilib.

SEPAH bu tarixi “İranın danışıqlar komandası üçün sınaq” kimi qiymətləndirib.

Bəyanatda həmçinin Trampın imzalanmanı 14 iyun tarixindəki ad gününə təsadüf etdirmək istədiyi iddia olunub və onun israrının siyasi məqsədlərlə bağlı ola biləcəyi irəli sürülüb.

“Bəzi müşahidəçilər onun israrının bu hadisəni simvolik olaraq istifadə etmək və onu şəxsi təbliğat tədbirinə çevirmək istəyi ilə əlaqəli ola biləcəyinə inanırlar”, - bəyanatda qeyd edilib.

"Cebheinfo.az"