İrəvanda nə baş verir: Eyni vaxtda 70 ünvanda AXTARIŞ
Ermənistan İstintaq Komitəsi tərəfindən aparılan ondan çox cinayət işi çərçivəsində eyni vaxtda 70-dən çox ünvanda axtarışlar aparılır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "NEWS.am"-a Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanın evində və ona məxsus onlarla şirkətdə aparılan axtarışları şərh edərkən məlumat verib.
Mediada yayılan məlumatlara görə, bunlar "çirkli pullar"ın yuyulması və vergidən yayınma ilə bağlı cinayət işləridir. Lakin İstintaq Komitəsi hələlik bu məsələ ilə bağlı rəsmi məlumat verməyib.
Qeyd etmək lazımdır ki, Qaqik Tsarukyanın evində 6 iyul səhər tezdən axtarış aparılıb. Daha sonra sonuncunun mətbuat katibi İveta Tonoyan bildirib ki, "Multi Group" şirkətinə daxil olan demək olar ki, bütün şirkətlərdə, eləcə də bu təşkilatların direktorlarının mənzillərində genişmiqyaslı axtarışlar aparılır.
Bu münasibətlə İstintaq Komitəsi sadəcə bildirib:
"Cinayət işi çərçivəsində zəruri istintaq və prosessual hərəkətlər həyata keçirilir; daha sonra rəsmi açıqlama verəcəyik".
Xatırladaq ki, bir neçə gün əvvəl Baş Prokurorluq Qagik Tsarukyanın toxunulmazlığının ləğvi üçün Mərkəzi Seçki Komissiyasına ərizə təqdim etmişdi, lakin ərizəyə heç vaxt baxılmamışdı.
Xəzər
"Cebheinfo.az"

