Meloninin görüntüləri Zirvəyə damğa vurdu - FOTOLAR
Ankarada keçirilən NATO Liderləri Zirvəsindən yeni görüntülər yayılıb.
Görüntülər ABŞ Prezidenti Donald Tramp və İtaliya Baş naziri Giorgia Meloni arasındakı gərginliyi yenidən diqqət mərkəzinə gətirib. Xatirə fotosessiyasından əvvəl Tramp yaxınlaşanda Meloninin başını çevirməsi diqqəti cəlb edib və bu, Ərdoğanın yanında görünməmək üçün protokol tələb etdiyinə dair əvvəlki iddiaları yenidən gündəmə gətirib.
“Cebheinfo.az” xəbər verir ki, Tramp əvvəllər sosial mediada Meloni üçün "kənarlaşdırma əmri lazımdır" yazmışdı.
"Corriere della Sera" qəzeti iddia edirdi ki, Meloni Ərdoğandan Trampın yanında görünməsinin qarşısını almasını istəyib.
Görüntülər iki lider arasında son zamanlar müzakirə olunan gərginliyi yenidən ön plana çıxarıb.
İki lider arasındakı diplomatik gərginlik Trampın Türkiyəyə yola düşməzdən əvvəl Meloniyə qarşı sosial media paylaşımı ilə ortaya çıxıb. Tramp İtaliya Baş naziri üçün "onu vəzifəsindən kənarlaşdırmaq əmri lazımdır" demişdi. Bu paylaşımdan sonra iki liderin Ankarada keçiriləcək zirvə görüşündə necə görüşəcəyi maraq doğururdu.
Məlumata görə, Meloni zirvə görüşünün ev sahibi Prezident Rəcəb Tayyib Ərdoğandan üz-üzə gələcəkləri təqdirdə hər hansı potensial gərginliyin qarşısını almaq üçün Trampın protokol tənzimləməsində onun yanında oturmamasını təminini istəyib.
Xəzər
“Cebheinfo.az”

