Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi
Güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Bu abrədə Azərbaycan Atıcılıq Federasiyasından (AAF) bildirlib.
Beş gün davam edən çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 102 idmançı tapança və tüfəng növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qüvvələrini sınayıb. Yarış proqramı üzrə ümumilikdə 160 start qeydə alınıb.
25 metr məsafəyə tapançadan atəşaçma
Qadınlar
1. Xanna Əliyeva
2. Zeynəb Sultanova
3. Nilufər Səmədli
Kişilər
1. Ruslan Lunyov
2. İmran Qarayev
3. Cəfər Sultanlı
50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəşaçma
1. Əliməmməd Hüseynov
2. Nigar Ramazanova
3. Ramiz Xəlilov
50 metr məsafəyə tapançadan atəşaçma
1. Rəsul Məmmədov
2. Həqiqət Atayeva
3. Hacı Musayev
10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma
Kişilər
1. Hacı Musayev
2. Ruslan Lunyov
3. Oleq Kerjankin
10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma
Qadınlar
1. Sofiya Barxalova
2. Xanna Əliyeva
3. Nigar Nəsirova
10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma
1. Ramiz Xəlilov
2. Nuranə Əliyeva
3. Elvira Allahyarova
10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışı
1. Hacı Musayev / Xanna Əliyeva
2. Oleq Kerjankin / Xalidə Əliyeva
3. Nigar Nəsirova / Ruslan Lunyov
10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma üzrə qarışıq komanda yarışı
1. Ramiz Xəlilov / Jalə Bayramova
2. Zahid Sofiyev / Nigar Ramazanova
3. Əliməmməd Hüseynov / Elvina Əfsanə
Qeyd edək ki, AAF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Kompleksində keçirilən çempionatın sonunda mükafatçılar medal, diplom və kuboklarla təltif olunublar. Ölkə çempionatı həm milli komandanın heyətinin formalaşdırılması, həm də idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
"Cebheinfo.az"

