Hikmət Hacıyev Qəbələdən paylaşım etdi
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qəbələdə Azərbaycan kulinariya irsinin təqdimatı barədə paylaşım edib.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə "X" sosial media hesabında yazıb.
"Qəbələ Azərbaycanın zəngin kulinariya irsinin əsl dadını təqdim edir. Burada əsrlərdən bəri qorunub saxlanılan ənənələr, bənzərsiz ləzzətlər və məşhur qonaqpərvərlik bir araya gəlir", - paylaşımda qeyd olunub.
"Cebheinfo.az"

